Səhiyyə Nazirliyi Bakıda vərəmin yayılması barədə yayılan məlumatlara münasibət bildirib


Digərləri 27 Sen 2018 17:14:00 266 0

Səhiyyə Nazirliyi Bakıda vərəmin yayılması barədə yayılan məlumatlara münasibət bildirib

Azərbaycan Səhiyyə Nazirliyi Bakının Yasamal və Nəsimi rayonlarında, eləcə də ölkənin digər bölgələri haqqında vərəmin yayılması barədə yayılan məlumatlara münasibət bildirib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Səhiyyə Nazirliyi Bakının Yasamal və Nəsimi rayonlarında, eləcə də ölkənin digər bölgələri haqqında vərəmin yayılması barədə yayılan məlumatlara münasibət bildirib. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkədə, o cümlədən Bakı şəhərində mütəmadi vərəm əleyhinə tədbirlər həyata keçirilir. İlkin tibbi yardım müəssisələrinin ərazisində yerləşən bağçalarda, ümumi təhsil və ali təhsil müəssisələrində hər il vərəm xəstəliyinin erkən aşkarlanması üçün kütləvi və fərdi tuberkulin diaqnostikası yerinə yetirilir. Son nəticədə 2017-ci ildə Bakıda vərəmlə ilkin xəstələnmələrin səviyyəsi keçmiş sovetlər birliyinə daxil olan ölkələrdən 4-5 dəfə aşağıdır.