Londonda Azərbaycanın yeni turizm brendi təqdim olunacaq


Digərləri 27 Sen 2018 17:14:00 279 0

Londonda Azərbaycanın yeni turizm brendi təqdim olunacaq

Gələn ay Azərbaycanın yeni turizm brendinin təqdimatı baş tutacaq

Bakı. Ceyhun Ələkbərov - Azərbaycanın yeni turizm brendi Londonda təqdim olunacaq. Bu barədə Trend-ə Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə məlumat verib. K.Quluzadə qeyd edib ki, təqdimat ilk öncə Bakıda təşkil olunacaq.