Paytaxtda piyadanın öldüyü DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ –


Digərləri 27 Sen 2018 16:40:00 238 0

Paytaxtda piyadanın öldüyü DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ –

Paytaxtda ölümlə nəticələnən dəhşətli qəza baş verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Bakının Xəzər rayonu ərazisində aeroport yolunun Qala qəsəbəsi ərazisindən keçən hissədə hava limanı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil yolu keçən təxminən 45-50 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətlərdən elə hadisə yerində keçinib.

Qəza yerinə DYP və Xəzər RPİ əməkdaşları cəlb olunublar. Hadisəni törədən sürücünün ifadəsi alınıb, avtomobil isə cərimə meydançasına yerləşdirilib. Qəzada ölən piyadanın paytaxt sakini İmran Ağayev olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar