AzərbaycanRusiya və RusiyaAzərbaycan İşgüzar şuraları arasında saziş imzalanıb


Siyasət 27 Sen 2018 16:32:00 266 0

AzərbaycanRusiya və RusiyaAzərbaycan İşgüzar şuraları arasında saziş imzalanıb

Azərbaycan-Rusiya İşgüzar Şurası ilə Rusiya-Azərbaycan İşgüzar Şurası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, sənədi Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının sədrləri Səməd Qurbanov və Aleksey Repik imzalayıblar.

İmzalanma mərasimindən sonra A.Repik jurnalistlərə bildirib ki, sazişin əsas vəzifələrindən biri tərəflərin bir-birini öz yerli bazarlarında təqdim etmək üçün rəsmi imkan əldə etməsi və məsələn, Rusiyada azərbaycanlı tərəfdaşların qarşılaşdığı məsələlərin həllinə kömək etməkdir.

O qeyd edib ki, sənəd ölkələr arasında yeni dialoq formatı yaradan institusional çərçivədir.

Son.az