WhatsAppın yaradıcısından istifadəçiləri narahat edəcək ETİRAF


Dünya 27 Sen 2018 16:36:00 212 0

WhatsAppın yaradıcısından istifadəçiləri narahat edəcək ETİRAF

Qurduğu şirkəti Facebook-a satdığı üçün peşiman olduğunu söyləyən WhatsApp-ın qurucu ortaqlarından Brian Acton etirafı ilə diqqətləri üzərinə çəkib.

Dünyanın ən böyük mesajlaşma xidməti WhatsApp-ı 2009-cu ildə Jan Koum ilə birlikdə yaradan Brian Acton qurduğu şirkətdən öz istəyi ilə ayrılmasından bir il keçdikdən sonra səssizliyi pozub.

Son.az xəbər verir ki, Forbes-ə danışan Brian Acton 2014-cü ildə WhatsApp-ı 19 milyard dollar qarşılığında Facebook-a satması ilə bağlı olaraq "O gün istifadəçilərimin gizliliyini satdım. Hər gün bu qərarın ağırlığı ilə yaşayıram" deyib.


Xəbərə aid foto