Qarabağ - Arsenal oyununa satılan bilet sayı açıqlanıb


İdman 27 Sen 2018 16:39:00 254 0

Qarabağ - Arsenal oyununa satılan bilet sayı açıqlanıb

Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb. Goal.az xəbər verir ki, artıq 30 mindən çox bilet sahibini tapıb. 

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.