Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin saytının dizaynı dəyişdirilib


Sosial 27 Sen 2018 16:14:00 367 0

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin saytının dizaynı dəyişdirilib

Vətəndaş məmnununluğunun öyrənilməsi üçün sorğu elan olunub

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin veb-saytının (vxsida.gov.az) dizaynı dəyişdirilib.

“Report” xəbər verir ki, hazırda saytda “Agentlik”, “Dövlət xidmətləri”, “Qanunvericilik”, “Beynəlxalq əməkdaşlıq”, “Media”, “Müraciətlər” və “Digər” bölmələr var.

Saytda həmçinin vətəndaş məmnunluğunun müəyyən olunması üçün "Nəzakətli davranış", "Xidmətin şəffaflığı", "Xidmətin operativliyi", "Rahatlıq", "Ətraflı məlumatlandırma" mövzularındasorğu keçirilir.

Xatırladaq ki, Dövlət Agentliyi Prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən yaradılıb.