Yetkinlik yaşına çatmayan qızını zorlayıb hamilə buraxan ata Ali Məhkəməyə müraciət etdi


Digərləri 27 Sen 2018 15:45:00 297 0

Yetkinlik yaşına çatmayan qızını zorlayıb hamilə buraxan ata Ali Məhkəməyə müraciət etdi

Yetkinlik yaşına çatmayan qızını zorladığına görə həbs edilən ata cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, atanın iyrənc əməlindən 1 övlad da dünyaya gəlib. 

Xatırladaq ki, 2016-cı ilin iyun ayında Gəncə Ağır Cinayətlər Məhkəməsində zorlama cinayətində təqsirli bilinən Samux rayon sakini, 1972-ci il təvəllüdlü Aydın Nadirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qoca anasına baş çəkmək adı ilə qızını yarımcıq tikilidə zorladı

Aydın Nadirov 1998-ci ildə anadan olmuş qızı S.Nadirovanı zorlamaq qərarına gəlib. O, istintaqa məlum olmayan günlərin birində, axşam saat 22 radələrində, sərxoş vəziyyətdə qızını zorlamaq məqsədilə aldadaraq, anasına baş çəkmək bəhanəsi ilə yaşadıqları Samux rayonunun Lək Kəndində T. H.-ova məxsus fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş və dörd bir tərəfi metal torla çəpərlənmiş torpaq sahəsinə aparıb.

A.Nadirov həmin ərazidə qızının qollarından tutaraq burub yerə yıxıb və köməksiz vəziyyətdə olan qızı ilə cinsi əlaqədə olaraq, onu zorlayıb.

Ata qızı ilə öz arvadının gözü qarşısnda 10-12 dəfə cinsi əlaqədə olub

A.Nadirov öz cinayətkar hərəkətlərini davam etdirirək mütəmadi olaraq istintaqa məlum olmayan tarixlərdə yaşadıqları Samux rayonu Lək kəndində yerləşən evində S.Nadirovaya fiziki zor tətbiq edərək öldürəcəyi hədəsi ilə sonuncunun anası B.Nadirovanın gözləri qarşısında onunla təxminən 10-12 dəfə cinsi əlaqədə olub.

Sonuncu dəfə isə 2015-ci ilin dekabrın 25-də, gecə saat 1 radələrində sərxoş vəziyyətdə S.Nadirovanı döyüb və sonra anasının gözləri qarşısında onunla cinsi əlaqədə olub.

Qızını qısqanan ata...

Bundan başqa A.Nadirov dekabrın 24-də saat 15 radələrində, sərxoş vəziyyətdə yaşadığı Samux rayonu, Lək kəndində yerləşən evində qısqanclıq zəminində S.Nadirovaya sillə, yumruq vuraraq xəsarətlər yetirib.

Manyak atanın ittiham olunduğu maddələr...

Bununla da təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 132-ci (döymə), 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama)149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib.

"Qızımı sərxoş olub zorlamışam"

Məhkəmədə ifadə verən Aydın Nadirov də törətdiyi cinayət əməlini etiraf edib, əməlindən peşman olduğunu bildirib. O, törətdiyi cinayət əməlini sərxoşluğu ilə əlaqədar törətdiyini göstərib. O, daha sonra qeyd edib ki, öldürmə hədəsi ilə cinayət törətməyib.