"OtmanBozdağ vulkanı 5 ildən sonra püskürsəydi, ətrafdakı evlər palçıq altında qalardı"


Digərləri 27 Sen 2018 15:55:00 260 0

"OtmanBozdağ vulkanı 5 ildən sonra püskürsəydi, ətrafdakı evlər palçıq altında qalardı"

Son günlər Azərbaycanda qeydə alınmış yeraltı təkanlar seysmoaktiv region üçün fon səviyyəsində olan xarakterik təkanlardır.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bunlar xırda hiss olunmayan təkanlardır: "Zəlzələ həmişə var. Sadəcə, tektonik hərəkətlərin aktivləşmə və sükut mərhələsi olur".

Q.Yetirmişli həmçinin bu günlərdə Otman-Bozdağ palçıq vulkanında baş vermiş püskürmə ilə bağlı operativ araşdırmanın aparıldığını da bildirib: "Araşdırma zamanı püskürmənin hansı dərinlikdə baş verməsi, neçə dəqiqə davam etməsi, sonrakı fazaları, nə qədər enerjinin ayrılması, ocaqdakı arealı və digər parametrləri müəyyənləşib. Otman-Bozdağ palçıq vulkanı ən aktiv vulkanlardan biridir. Keçən il də bu vulkanda püskürmə baş verib. Onun hər il püskürməsi yaxşı haldır. Əgər 5 ildən sonra püskürsəydi, bəlkə də ətrafdakı evlər palçıq altında qalardı".