Qubernator azərbaycanlılardan razıdır


Digərləri 27 Sen 2018 15:45:00 248 0

Qubernator azərbaycanlılardan razıdır

Bakıda keçiriləcək Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli Səfiri Polad Bülbüloğlu da iştirak edib.         

Komitədən Son.az-a verilən məlumata görə, qonaqları salamlayan Dövlət Komitəsinin sədri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafında diasporun rolunu vurğulayıb. Qeyd edib ki, bu gün Rusiya Federasiyasının regionlarında Azərbaycan diaspor təşkilatlarının öz fəaliyyətini uğurla davam etdirməsi, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, biznes mühitində aktivliy, siyasi vəzifələrdə təmsil olunması təqdirəlayiq haldır.

Səfir Polad Bülbüloğlu isə Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə iqtisadi əməkdaşlıqla bağlı 17 sənədin imzalandığını xatırldaraq ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqalərin uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Moskvada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin yubileyinin keçirilməsi, oktyabr ayında Azərbaycan məhsullarının sərgisinin təşkili və digər tədbirlər müxtəlif sahələrdə əlaqələrin uğurla davam etdirilməsinin sübutudur.


Xəbərə aid fotolar