"Ə.Topçubaşov: Xalqımızın müstəqil yaşayacağına inanırdıq" kitabının təqdimat mərasimi keçirilib


Digərləri 27 Sen 2018 15:43:00 230 0

"Ə.Topçubaşov: Xalqımızın müstəqil yaşayacağına inanırdıq" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə töhfə olaraq nəşr etdiyi "Əlimərdan Bəy Topçubaşov: ...Xalqımızın müstəqil yaşayacağına inanırdıq" kitabının təqdimat mərasimi keçirilib.

Bakı. Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə töhfə olaraq nəşr etdiyi "Əlimərdan Bəy Topçubaşov: ...Xalqımızın müstəqil yaşayacağına inanırdıq" kitabının təqdimat mərasimi keçirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutan tədbiri giriş sözü ilə təhsil ocağının rektoru, akademik Urxan Ələkbərov açaraq, sözügedən nəşri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilməsi ilə əlaqədar əlamətdar hadisə kimi dəyərləndirib.