AMEA və Kənd Təsərrüfatı Nazirliyinin birgə nümunəvi təsərrüfatlarının yaradılması imkanları araşdırılacaq


Digərləri 27 Sen 2018 14:51:00 262 0

AMEA və Kənd Təsərrüfatı Nazirliyinin birgə nümunəvi təsərrüfatlarının yaradılması imkanları araşdırılacaq

Azərbaycan Milli Elmlər Akademiyası və Kənd Təsərrüfatı Nazirliyinin təcrübə sahələrində birgə nümunəvi təsərrüfatların yaradılması imkanları araşdırılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA ilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) arasında əməkdaşlıq haqqında Niyyət Sazişinin imzalanma mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

Akademik bildirib ki, yeni saziş kənd təsərrüfatında elm və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin həlli və yüksək peşəkarlığa malik kadr potensialının hazırlanmasına böyük töhfə verəcək. KTN ilə birgə innovativ layihələrin icra olunacağını vurğulayan AMEA rəhbəri qeyd edib ki, bu istiqamətdə elmi-tədqiqat institutlarında istehsalat-təcrübə imkanlarından yararlanmaq üçün geniş şərait yaradılacaq.