Ata azyaşlı qızlarının gözü qarşısında qayınatasını öldürdü, arvadını isə... Azərbaycanda dəhşət


Digərləri 27 Sen 2018 14:46:00 266 1

Ata azyaşlı qızlarının gözü qarşısında qayınatasını öldürdü, arvadını isə...  Azərbaycanda dəhşət

Sumqayıt şəhərində qayınatasını öldürməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü Şamil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, qətl hadisəsi 2013-cü ildə baş versə də, Şamil Əhmədov bir neçə il istintaqdan yayına bilib. 2015-ci ilin ortalarında həbs olunan Şamil Əhmədov sonradan məhkəmə qarşısına çıxarılıb.

Gecə yarısı uşaqlarını görməyə gəldi

İttihama görə, Şamil Əhmədov sərxoş vəziyyətdə 19 iyun 2013-cü ildə, gecə saat 01-də keçmiş həyat yoldaşı Təranə Hüseynovanın yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsindəki yataqxananın qarşısına gəlib.

O, Təranə Hüseynovaya Rusiyaya getmək istədiyindən uşaqları ilə görüşmək üçün gəldiyini bildirib. Təranə isə ona sərxoş vəziyyətdə olduğundan sabah gəlməsini xahiş edib.

Azyaşlı uşaqlarını aparmaq istədi

Amma Şamil Əhmədov orada olan azyaşlı qızları Nilufər və Tellini özü ilə evinə aparmaq istəyib. Təranə isə buna imkan verməyib.

Bu səbəbdən Şamil Əhmədov Təranə Hüseynovanı nalayiq söyüşlərlə söyərək təhqir edib və şillə onun gicgahından bir zərbə vurub. Təranə zərbənin təsirindən yerə yıxılıb.

Qayınatasını döyərək öldürdü

Bu zaman hadisə yerinə gələn Təranə Hüseynovanın atası Təyyar Hüseynov Şamil Əhmədovu sakitləşdirmək istəyib. Şamil arxaya dönərək orada olan qızları Təranə və Əfsanənin gözü qarşısında Təyyar Hüseynovun bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla təkrar zərbələr vurub.

Müxtəlif dərəcəli bədən xəsarəti alan Təyyar Hüseynov Sumqayıt Şəhər Təcili-Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Təyyar Hüseynov iyunun 19-da xəstəxanada vəfat edib.

10 il cəza: ciddi rejim