Sement kisələrindən gəlinlik tikdi VİDEO FOTO


Digərləri 27 Sen 2018 14:24:00 345 0

Sement kisələrindən gəlinlik tikdi  VİDEO  FOTO

Belə məşhurlaşacağımı bilməzdim. Halbuki, hər şey təsadüfən oldu.

Çinin Qansu vilayətində yaşayan 28 yaşlı Tan Lili sosial şəbəkələrin yeni ulduzudur. Səbəb isə onun 40 sement kisəsindən gəlinlik tikərək geyinməsidir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Tan Lili və Yan Minfey evlərini təmir edirdilər. Təmirdə istifadə olunmuş sementin kisələri isə həyətin bir kənarına atılmışdı.

"Yağış yağırdı o gün. Yağışlı havada isə tarlada işləmək olmur. Evdə oturmuşdum, gözüm sement kisələrinə sataşdı. O kisələrdən paltar tikməyə qərar verdim. Sonra geyindim, ərim də videonu çəkib paylaşdı. Video sosial şəbəkələrdə populyar oldu", - Tan deyib.

Lunnan şəhərinin yaxınlığındakı kənddə yaşayan Tanın sözlərinə görə, dizayn və ya dərziliklə bağlı təhsili, bilikləri çoxdur. Kənddəki bütün qızlar kimi o da paltar tikməyi anasından öyrənib.


Xəbərə aid fotolar