Saatlıda arxa aşan “QAZel”i təmir edən usta öldü


Digərləri 27 Sen 2018 14:28:57 212 0

Saatlıda arxa aşan “QAZel”i təmir edən usta öldü

Saatlı rayonunun Qazanbatan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Saatlı rayonunun Qazanbatan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 25-də saat 23 radələrində Saatlı rayonunun Qazanbatan kəndi ərazisində Dəqə Qorqud kənd sakini İlqar Rəşidov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun hərəkət hissəsində nasaz vəziyyətdə dayanmış Saatlı şəhər sakini Əfsər Hacıyevə məxsus “QAZel” markalı avtomobilə vurub və nəticədə “QAZel” yolun kənarındakı su arxına aşıb.