Deputat: "Növbəti peykin orbitə çıxarılması Azərbaycanın daha da inkişafına, təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək"


Digərləri 27 Sen 2018 14:19:27 303 0

Deputat: "Növbəti peykin orbitə çıxarılması Azərbaycanın daha da inkişafına, təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək"

Azərbaycan bu gün üç peyki, kosmik sənayenin inkişafına dair uzunmüddətli proqramları, infrastrukturu ilə dünyanın kosmik klubunun üzvüdür və qlobal kosmik sənayedə öz mövqelərini möhkəmləndirir.

Son.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, son beş ildə Azərbaycan orbitə 3 peyk çıxarıb: "Ötən illər ərzində Azərbaycanın "Azerspace-1" və "Azərsky" adlı 2 peykə sahib olub. Ötən gün isə "Azerspace-2" adlı 3-cü peykimizin orbitə buraxılması bir daha dövlətimizin gücünü və Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan inkişaf siyasətinin yüksək səmərəsini göstərir. Əlbəttə ki, biz bunu həm də ölkəmizin iqtisadi uğuru kimi də qəbul etməliyik. Çünki peyklərimiz vasitəsilə Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Avropa və Qafqaz regionunda telekommunikasiya sahələri üçün yüksək keyfiyyətli xidmətlər təqdim edilir. Hətta Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti bütün dünya üzrə, o cümlədən "Google" da daxil olmaqla, bir çox ABŞ şirkətlərinə telekommunikasiya və digər xidmətlər göstərir".