Gürcüstandan gələn "Oka"dan 12 "Nemirovskaya" tapıldı FOTO


Digərləri 27 Sen 2018 14:01:00 266 0

Gürcüstandan gələn "Oka"dan 12 "Nemirovskaya" tapıldı  FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Oka" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Bu barədə Son.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa sol və sağ hissələrindən 12 ədəd 1 litrlik üzərində "Nemirovskaya" yazısı yazılmış spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar