BANM Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyasına üzv oldu


Digərləri 27 Sen 2018 14:05:00 268 0

BANM Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyasına üzv oldu

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çində keçirilən Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyasının təsis olunma mərasimində iştirak edib.

Son.az xəbər verir ki, mərasimə BANM ilə yanaşı, dünyanın 16 ölkəsindən 28 neft universitetinin rektorları qatılıb.

Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyasının əsas məqsədi Çin Neft Universiteti (Pekin) də daxil olmaqla Çinin və dünyanın enerji sahəsi üzrə universitetləri arasında qlobal enerji inkişafı trendinə uyğun olaraq sistemli əməkdaşlığın təşviq edilməsidir.

Rektor Elmar Qasımov təsis mərasimində Assosiasiyanın yaradılması haqda Bəyannaməyə imza atıb və BANM Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyasının üzvləri sırasına daxil olub. İmzalanma mərasimindən sonra Çin Neft Universitetinin (Pekin) prezidenti Zhang Laibin səs çoxluğu ilə Assosiasiyanın sədri seçilib.