Everton Pikfordla uzunmüddətli müqavilə imzaladı
İdman 27 Sen 2018 14:06:00 272 0
Everton qapıçısı Cordan Pikford ilə uzunmüddətli müqavilə imzalayıb.
Goal.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı qolkiper yeni sözləşməyə əsasən, 2024-cü ilə qədər Liverpul təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Cordan Pikford 2017-ci ildən Everton-da çıxış edir. İngiltərə millisinin də şərəfini qoruyan oyunçu cari mövsüm klubun heyətində 6 oyunda meydanda olub.
Mənbə: goal.az