Empoli ilə oyun öncəsi Milan-da itki


İdman 27 Sen 2018 14:07:00 305 0

Empoli ilə oyun öncəsi Milan-da itki

Milan-ın İtaliya A Seriyasının 7-ci turunda səfərdə Empoli ilə qarşılaşacağı matçdan əvvəl heyətində ciddi itki baş verib. Goal.az xəbər verir ki, “rossonierlər"in hücumçusu Qonsalo Hiquain ayağından zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə argentinalı forvardın bu gün tibbi müayinədən keçəcəyi bildirilib. O, Empoli-yə qarşı oyunda iştirak etməyəcək.