“Azərxalça”nın Füzuli filialında 1000 kvadratmetrə yaxın xalça toxunub (FOTO)


Digərləri 27 Sen 2018 14:08:49 301 0

“Azərxalça”nın Füzuli filialında 1000 kvadratmetrə yaxın xalça toxunub (FOTO)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən filialı 2016-cı ilin noyabr ayında istifadəyə verilib.

Bakı. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən filialı 2016-cı ilin noyabr ayında istifadəyə verilib. Ötən dövrdə xalça istehsalı emalatxanası öz fəaliyyətini genişləndirib. Hazırda burada 80-dən çox toxucu çalışır. Onlar “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Toxucuların çoxu gənclərdir. Burada 35 nəfər 30 yaşa qədər olan gənc toxucu işləyir. Fəaliyyətə başladığı vaxtdan indiyədək xalça fabrikində 950 kvadratmetr 255 xalça toxunub. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərinin sakinləridir. Rayonun Horadiz şəhərindən, Zobucuq qəsəbəsindən, Bala Bəhmənli, Böyük Bəhmənli, Araz Yağlıvənd, Babı kəndlərindən olan toxucular daha çoxdur. Xalçaçılar müxtəlif ölçülü 43 dəzgahda çalışırlar. Toxucuların rahatlığının təmin olunması üçün fabrikdə lazımı şərait yaradılıb, filiala “Hyundai” markalı avtobus verilib. Burada əsasən Qarabağ qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Hazırda hanalarda 34 xalça var.