Şok kadrlar: hicablı qız müsəlman olduğuna görə döyüldü VİDEO FOTO


Digərləri 27 Sen 2018 13:56:00 911 0

Şok kadrlar: hicablı qız müsəlman olduğuna görə döyüldü  VİDEO  FOTO

Sən müsəlmansan, başında hicab var! Sevgilin də müsəlmandır! Al, gəldi!

Bunu deyən qadın polis yanında oturmuş hicablı qızın başına vurur.

Son.az Times of India-ya istinadən bildirir ki, olay Hindistanın Uttar-Pradeş ştatında, Meerut şəhərində yaşanıb.

Şəhər küçələrindən birində iki gənci dayandıraraq döyməyə başlamışdılar. Onların "günah"ları oğlanın saqqallı, qızın isə hicablı olması idi. Hadisə yerinə çağırılmış polislər gəncləri saxlayıblar və polis idarəsinə aparıblar.

Maşın yolda olarkən polislər qızı təhqir etməyə, döyməyə başlayıblar.

Polis qadınlardan biri isə qızın başına vurub, sonra ona "Hicabı çıxar!" deyib.

20 yaşlı Priyanka adlı qız naçar qalaraq hicabı çıxarıb.


Xəbərə aid fotolar