"Run Health"dən möhtəşəm layihə - "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" (FOTO, VİDEO)


Digərləri 27 Sen 2018 13:33:00 224 0

"Run Health"dən möhtəşəm layihə - "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" (FOTO, VİDEO)

"Run" Şirkətlər Qrupunun tərkibinə daxil olan "Run Health" "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" adlı layihə həyata keçirir.

Bakı. "Run" Şirkətlər Qrupunun tərkibinə daxil olan "Run Health" "Azərbaycanda gələcəyin səhiyyəsi və təbabəti" adlı layihə həyata keçirir. Məqsəd ölkədə səhiyyə sektorunun inkişafına, tibbi xidmətlərin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir. Şirkət müxtəlif ölkələrdən Azərbaycanın səhiyyə sisteminə investisiya və ən müasir texniki avadanlıqlar cəlb etməyə, azərbaycanlı həkimlərin dünyada tibb sahəsində tanınmış mütəxəssislərin təcrübələrindən yararlanmasına şərait yaratmağa çalışır. Bu istiqamətdə bir sıra addımlar da atılıb. Layihə çərçivəsində artıq İsrailin Hadassa Dövlət Universitetinin Hospitalı ilə əməkdaşlığa başlanılıb. Razılığa əsasən, İsrailin "NovaMed" şirkəti Azərbaycana laborator-analiz cihazları, "ElsMed" şirkəti isə müxtəlif laboratoriyalar gətirəcək. "Run Health"in tibbi sahədə beynəlxalq əməkdaşlığı təkcə İsraillə məhdudlaşmır. Şirkət bu sahədə əməkdaşlığın coğrafiyasını daha da genişləndirməyi, Avropa və Amerikanın aparıcı şirkətlərini Azərbaycana cəlb etməyi planşdırır. "Run Health" artıq "NovaMed"in Azərbaycandakı rəsmi distribütorluğunu əldə edib və bu şirkətin istehsal etdiyi məhsullar yerli bazara çıxarılıb. Bundan başqa, "Run Health" azərbaycanlı və mütəxəssislər arasında akademik səviyyədə təcrübə mübadiləsi, seminar və konfranslar, onlayn konsiliumlar təşkil edir. Onların arasında dünyaca məşhur doktorlar Çeym Lotanın, Boris Vorşitskinin, Ronen Durstun və s. adlarını məxsusi qeyd etmək olar. Onlardan İsrailin Hadassa Dövlət Universitetinin Hospitalı, Ürək İnstitutunun Kardiologiya şöbəsinin professoru, invaziv kardioloq doktor Boris Vorşitski həm də "Run Health"nin baş məsləhətçisidir.