"Toppuş bacı"dan ittihamlara cavab: "Kim nə yazır, Allah canınızı sağ etsin"


Şou-biznes 27 Sen 2018 13:01:00 343 0

"Toppuş bacı"dan ittihamlara cavab: "Kim nə yazır, Allah canınızı sağ etsin"

ATV-nin "BizimləSən" verilişi əməkdar artist Tünzalə Əliyevanın əmək qabiliyyətini itirdiyini əsas gətirərək evinin kreditini ödəmək üçün yardım aksiyasına başlayıb.  Son.az baku.ws-ə istinadən xəbər verir ki, əməliyyatının və müalicəsinin xərci dövlət tərəfindən ödənilən aktrisanın bu hərəkəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.  Sosial şəbəkə istifadəçiləri onu insanların mərhəmət hissindən sui-istifadə etməkdə, öz vəsaiti hesabına müalicə olunmaq məcburiyyətində qalan və əlacı hər yerdən kəsilən minlərlə xərçəng xəstələrinin haqqına girməkdə günahlandırırlar. İnsanlar aktrisanın günlərdir efiri öz kredit problemi ilə zəbt etməsi, xəstəliyindən istifadə edib pul yığmasını iyrənc adlandırıblar. "Toppuş bacı" kimi tanınan aktrisanın bu hərəkəti Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlini də özündən çıxarıb. O, mətbuata açıqlamasında, aktrisanın səhhətinin normal olduğunu, yeriməsində və qidalanmasında heç bir probleminin olmamasını bildirib. Baş onkoloqun bu açıqlaması ilə aktrisanın əmək qabiliyyətini itirmədiyini deyir.  Tünzalə xanım baku.ws-ə açıqlamasında barəsində deyilənlərə, yaranmış fikirlərə belə reaksiya verib: "Kim nə yazır, Allah canınızı sağ etsin. Allah balalarınızı saxlasın. Heç vaxt xəstələnməsinlər. Ümumiyyətlə, heç kim xəstəliyin nə olduğunu bilməsin. Bundan artıq cavab verməyəcəm. Hər kəsə can sağlığı arzulayıram!"