Elmar Məmmədyarov NyuYorkda İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


Siyasət 27 Sen 2018 13:05:16 243 0

Elmar Məmmədyarov NyuYorkda İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef bin Ahmad Al-Otaimin ilə görüşü keçirilib.

XİN-dən Son.az-a verilən məlumata görə, tərəflər arasında İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqə Qrupu və bu çərçivədə görüləcək tədbirlər, habelə İƏT-in dünyada sülh və təhlükəsizliyin qorunmasında BMT-nin strateji tərəfdaşı kimi rolunun artması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.