Komitə sədri Bakı İslam Universitetinin bağlanması məsələsinə aydınlıq gətirdi


Digərləri 27 Sen 2018 13:07:00 261 0

Komitə sədri Bakı İslam Universitetinin bağlanması məsələsinə aydınlıq gətirdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı İslam Universitetinin bağlanması məsələsinə aydınlıq gətirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, M.Qurbanlı jurnalistlərə bildirib ki, Azərbaycanda din sahəsində kadr hazırlığı dövlət müstəqilliyinin bərpası dövrünə təsadüf edir:

"O dövrdə bir neçə mədrəsə, o cümlədən Bakı İslam Universiteti yaradıldı. Azərbaycanda məscidlərinin sayının artması ilə əlaqədar din sahəsində çalışan kadrlara ehtiyac olub və Bakı İslam Universiteti və mədrəsələr bu boşluğu doldurmaqda kifayət qədər fəaliyyət göstərib. Ancaq bilirsiniz ki, Azərbaycan çoxkonfessiyalı ölkədir və bizim ölkəmizdə yalnız İslama deyil, digər dinlərə aid kadrlar hazırlanmalıdır. Azərbaycan qanunvericiliyinə görə, ölkədə dini məbədlərdə çalışan şəxslər birincisi, Azərbaycan vətəndaşı olmalıdır, ikincisi isə həmin şəxslər təhsilini Azərbaycanda almalıdır. Buna görə də, cənab Prezidentimiz İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb və bu institut bu sahədə olan vəzifələri yerinə yetirəcək".