İsveçrədən Azərbaycana 30 vaqon gətirilməsi planlaşdırılır


Digərləri 27 Sen 2018 13:09:00 268 0

İsveçrədən Azərbaycana 30 vaqon gətirilməsi planlaşdırılır

İsveçrədən Azərbaycana 30 vaqon gətirilməsi planlaşdırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı "Azərbaycan Dəmir Yolları QSC"nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

"Növbəti ilin ilk aylarında ölkəmizə 30 ədəd qatar gətiriləcək. Vaqonlar İsveçrənin Surix şəhərində istehsal olunur. Yeni qatarlarla Qarsa 10 saata çatmaq mümkün olacaq, Ankaraya isə 20 saata".