Xırdalanda daha bir yaşayış kompleksi tam istifadəyə verildi


Digərləri 27 Sen 2018 12:55:00 438 0

Xırdalanda daha bir yaşayış kompleksi tam istifadəyə verildi

Kristal Abşeron daha bir  yaşayış kompleksinin tikintisini tam yekunlaşdırıb istifadəyə verib. Söhbət Xırdalan şəhərində inşa edilən növbəti yaşayış kompleksi - "Xırdalan 2" layihəsindən gedir. Şəhərin mərkəzində yerləşən layihədə artıq 1000 artıq ailə yeni mənzilə sahib olub. Digər mənzillərin satışı isə davam edir. 

Kristal Abşeron arzuladığınız mənzili sizə təklif edir

Şirkət bu layihədə sakinlərin təklif və istəklərini, xüsusən də gənc ailələri nəzərə alaraq daha fərqli funksiyalarla zəngin bir kompleks yaradıb. Başqa sözlə, ev almaq arzusunda olan vətəndaşlar bütün suallarının cavabını bu layihədə tapacaqlar. Yaşayış kompleksi hər bir cəhətdən yeni sahiblərinin ürəyincə olacaq. Yeni binaların təmir-tikinti kefiyyəti, yerləşmə yeri, kommunikasiya və lazımı xidmətlərlə təmin edilməsi sakinləri bütün qayğılardan azad edəcək. 

20 Yanvar Metrosuna 15 dəqiqəlik məsafə mənziliniz olacaq 

"Xırdalan 1" layihəsi ilə yanaşı, "Xırdalan 2" yaşayış kompleksi də əsas magistrallara yaxınlığı ilə seçilir. 20 Yanvar Metrostansiyasına 15 dəqiqəlik, Sumqayıt yoluna isə 6 dəqiqəlik məsafədə yerləşir. Bakı Mühəndislik Universiteti, Riyad Ticarət Mərkəzi və "Bravo Supermarket" kompleksin yaxınlığındadır. Kompleksin ətrafında eyni zamanda kollec, məktəb, uşaq baxçası, Mərkəzi xəstəxana, bazar, bank filialları və supermarketlər fəaliyyət göstərir. Sakinlər istirahət etmək və asudə vaxtlarını səmərəli keçirmək üçün yaxınlıqda yerləşən Heydər Əliyev parkına üz tuta bilərlər.