"Keçmiş ərim məni zorladı, şikəst etdi, mişarla doğramaq istədi"


Digərləri 27 Sen 2018 11:56:31 264 0

"Keçmiş ərim məni zorladı, şikəst etdi, mişarla doğramaq istədi"

Onun bu qədər qəddar, manyak birisi olduğunu ağlıma da gətirməzdim. Məni öldürmək istəyirdi. Şikəst etdi, ölümcül vəziyyətdə qoyub qaçdı.

23 yaşlı Diana Luna qeyri-rəsmi nikahda olduğu sabiq əri, 33 yaşlı Xulio Aleksandr Ortisin cəlladlığının qurbanı olub.

Son.az Noticias-a imstinadən bildirir ki, Kolumbiyanın paytaxtı Boqotanın cənub səmtində yaşayan Diana Luna ərindən bu ilin aprelində ayrılıb. Qadının dediyinə görə, içkiyə və narkotik maddələrə qurşanan əri onu hər gün amansızlıqla döyürdü.

10 aylıq qızının atası olan bu şəxslə bütün əlaqələri kəsən Luna tək yaşayır, övladını böyüdürdü.

Xulio isə onunla yaşamaq istəməyən keçmiş arvadından əl çəkməyib.

İyunun 21-də , axşam saatlarında Lunanın yaşadığı evin qarşısında onu gözləyən Xulio qucağında qızı olan Diananı görəndə motosikletini ona tərəf sürür, cibindən çıxardığı tapançanı keçmiş arvadına tuşlayaraq qışqırır: "Otur! Tez, otur!"

Diana qızını səs-küyə gəlmiş qonşu qadına verir, Xulio atəş açmasın deyə motosiklə oturur.

Şəhər kənarındakı motelə yollanan Xulio buradakı otaqda sabiq arvadını döyür.

Ürəyi soyumayan sabiq ər Diananı dəfələrlə zorlayır, sonra tikanlı məftillə yenidən döyür.

Sonda isə o, gətirdiyi mişarla arvadını doğramaq istəyir.


Xəbərə aid fotolar