Gürcüstandan gələn avtomobildə nə aşkar edildi? (FOTO)


Digərləri 27 Sen 2018 11:54:00 210 0

Gürcüstandan gələn avtomobildə nə aşkar edildi? (FOTO)

Gürcüstandan gələn avtomobildə xeyli miqdarda spirtli içkilər aşkar edilib

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Oka" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.