Şahmat yığmalarımız bu gün İngiltərə və ABŞ-la qarşılaşacaq


İdman 27 Sen 2018 11:19:00 280 0

Şahmat yığmalarımız  bu gün İngiltərə və ABŞ-la qarşılaşacaq

Bu gün Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının IV tur qarşılaşmaları keçiriləcək.

Goal.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi İngiltərə yığması ilə qarşılaşacaq. Qadınların yarışında isə rəqib ABŞ kollektivi olacaq. Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycan – İngiltərə

Şəhriyar Məmmədyarov – Maykl Adams

Teymur Rəcəbov – Lük Makşeyn

Arkadi Naydiç – Devid Hauel

Rauf Məmmədov – Cons Qaveyn

Ş.Məmmədyarovla A.Naydiç ağ, R.Məmmədov və E.Səfərli isə qara fiqurlarla oynaycaqlar.

Azərbaycan - ABŞ

Günay Məmmədzadə - Anna Zatonski

Zeynəb Məmmədyarova – İrina Kruş

Xanım Balacayeva – Tatev Abrahamyan

Gülnar Məmmədova – Cennifer Yu

G.Məmmədzadə ilə X.Balacayev ağ, Z.Məmmədyarova və G.Məmmədova isə qara fiqurlarla oynayacaqlar.

Qeyd edək ki, ilk 3 turu qələbə ilə başa vuran Azərbaycanın hər iki komandasının 6 xalı var.