Türkiyə və Azərbaycan vətəndaşları “İnci group of company”yə qarşı dələduzluq edib


Sosial 27 Sen 2018 11:21:00 303 0

Türkiyə və Azərbaycan vətəndaşları “İnci group of company”yə qarşı dələduzluq edib

Faktla bağlı araşdırma aparılır

“İnci group of company” şirkətinə qarşı dələduzluq edilib.

“Report”un xəbərinə görə, “İnci group of company”nin rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edərək şirkətə məxsus mağazadan Türkiyə vətəndaşı Rehim Azerin 40 min manatlıq, Azərbaycan vətəndaşları Novruz Şurayevin 18 min manatlıq və Nizami Məmmədovun 2 min manatlıq məktəb və ofis ləvazimatları aldıqlarını və pulunu ödəmədiklərini bildirib.

Faktla bağlı araşdırma aparılır.