Azərbaycan digər ölkələri "ŞimalCənub" enerji dəhlizinə qoşulmağa dəvət edir


Digərləri 27 Sen 2018 11:20:53 268 0

Azərbaycan digər ölkələri "ŞimalCənub" enerji dəhlizinə qoşulmağa dəvət edir

Digər ölkələr "Şimal-Cənub" enerji dəhlizi layihəsinə qoşula bilərlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən "Sənaye və energetika: ikitərəfli əməkdaşlıq perspektivləri" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı deyib.

O qeyd edib: "Biz hesab edirik ki, Rusiya ilə əməkdaşlığın gücləndirilməsi üçün yeni elektrik ötürücü xətlərin tikintisi yaxşı olardı. İndi bu istiqamətdə danışıqlar aparılır. Bu layihə "Şimal-Cənub" yeni enerji dəhlizinin yaradılmasına xidmət edəcək".