Ağacların altında maşın saxlamayın!


Digərləri 27 Sen 2018 11:22:00 264 0

Ağacların altında maşın saxlamayın!

Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsi güclü küləklə bağlı paytaxt sakinlərinə xəbərdarlıq edib. 

Son.az xəbər verir ki, idarənin rəisi Orxan Məmmədov qafqazinfo-ya bildirib ki, sakinlər nəqliyyat vasitələrini mümkün qədər hündür ağacların altında park etməsin:

"Küləyin sürəti həddindən artıq yüksək olduğu üçün hər an ağaclar aşa bilər. Bakının torpağı münbit olmadığından sağlam ağacların da aşmaq ehtimalı var. Ona görə də binaların, ağacların altından keçəndə, nəqliyyat vasitəsini park edən zaman diqqətli olsunlar".