DİN mənşəyi məlum olmayan ət məhsulları aşkarladı


Digərləri 27 Sen 2018 11:17:00 200 0

DİN mənşəyi məlum olmayan ət məhsulları aşkarladı

Polis əməkdaşları tərəfindən avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 300 kiloqram ət aşkar edilərək götürülüb.

Bakı. Polis orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbirlər DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilib və nəticədə mənşəyi məlum olmayan xeyli miqdarda ət məhsulları aşkar edilərək götürülüb. İdarədən Trend-ə verilən məlumata görə, sentyabrın 26-da saat 8 radələrində BDYPİ YPXA-nın Qaradağ rayonu ərazisində yerləşən postunda Biləsuvar rayon sakini Əli Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 300 kiloqram ət aşkar edilərək götürülüb.