Azərbaycan Beynəlxalq Bankının 100 VISA kart sahibi lotereyada qalib oldu


Digərləri 27 Sen 2018 11:04:00 308 0

Azərbaycan Beynəlxalq Bankının 100 VISA kart sahibi lotereyada qalib oldu

Azərbaycan Beynəlxalq Bankının VISA kart sahibləri üçün elan etdiyi stimullaşdırıcı lotereya kampaniyasının uduş fondu 25 sentyabr 2018-ci il tarixində saat 17.00-da bankın korporativ Facebook səhifəsində canlı yayımda oynanılıb. Qaliblərin seçimi 01 avqust - 15 sentyabr tarixlərini əhatə etmiş kampaniya müddətində formalaşan uduş şansları arasından, xüsusi proqram təminatı vasitəsilə, təsadüfi seçim əsasında aparılıb.

Lotereya 1 tirajdan ibarət olmaqla 6 mərhələ üzrə keçirilib. Ümumilikdə 100 iştirakçı qalib olub. Mərhələlər üzrə 50 iştirakçı 100 manat,  30 iştirakçı 300 manat, 15 iştirakçı 500 manat, 2 iştirakçı "iPhone 8", daha 2 iştirakçı "iPhone X" smartfonları udub. BİRİNCİ YERİN QALİBİ isə Azərbaycan Beynəlxalq Bankından 5000 MANAT HƏDİYYƏ qazanıb.