Rusiyanın iqtisadi inkişaf naziri: "Azərbaycanla iqtisadi-ticarət əlaqələri genişlənir"


İqtisadiyyat 27 Sen 2018 10:28:57 679 0

Rusiyanın iqtisadi inkişaf naziri: "Azərbaycanla iqtisadi-ticarət əlaqələri genişlənir"

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası yaxın vaxtlarda keçiriləcək

"Rusiya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası yaxın vaxtlarda keçiriləcək".

"Report" xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniş iclasında bildirib.

Onun sözlərinə görə, bu ilin yayında Hökumətlərarası Komissiyanın yeni tərkibi formalaşdırılıb: "Yaxın bir-iki ayda komissiyanın növbəti iclası keçiriləcək".

Rusiyanın iqtisadi inkişaf naziri deyib ki, ölkələr arasında iqtisadi-ticarət əlaqələr genişlənir: "Sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə birgə kompleks layihələr üzərində fəal işləyəcəyik".