Şahzadə və xanımı qapalı oteldə əyləndilər FOTO


Digərləri 27 Sen 2018 10:31:00 299 0

Şahzadə və xanımı qapalı oteldə əyləndilər  FOTO

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, şahzadə Harri və onun xanımı, Sasseks hersoginyası Meqan Niderlandın paytaxtı Amsterdamda səfərdə olublar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, onları Amsterdama "Soho House" otellər şəbəkəsinin sahibi Nik Cons dəvət etmişdi.

"Soho House"a daxil olan otellər klub tiplidir, qapalıdır və müştərilər üçün sakit, elitar yaşam şərtləri təqdim olunur.

Şahzadə Çarlz və xanımı Amsterdamdakı Sinqel kanalının sahilindəki "Soho Amsterdam" otelində qalıblar. Oteldə 79 nömrə var.


Xəbərə aid fotolar