Mourinyo Poqbanı məşqdən qovdu - video


İdman 27 Sen 2018 10:34:00 267 0

Mourinyo Poqbanı məşqdən qovdu - video

Manchester United-in baş məşqçisi Joze Mourinyo ilə futbolçusu Pol Poqba arasında gərgin münasibət davam edir.

Goal.az xəbər verir ki, klubun məşqinə gecikən Poqbanı Mourinyo evə göndərib: "Evinə qayıt Poqba. Çıx get"

Mourinyonun bu davranışına səbəb, Poqbanın Manchester United-in İngiltərə kubokunda Derby County-yə (2-2*) penaltilərlə uduzduğu (7-8) matçın ardından komanda yoldaşları ilə güldüyü fotonu paylaşmasıdır.

Xatırladaq ki, Britaniya mətbuatı fransalı yarımmüdafiəçiyə 224 milyon avro təzminat qiymət qoyulduğunu yazıb. P.Poqbanın bu qış satışa çıxarılacağı gözlənilir. Onunla Barcelona-nın maraqlandığı iddia olunur.