Səməd Qurbanov: Azərbaycan-Rusiya İşgüzar Şurası RF subyektləri ilə fəal əməkdaşlıq etməyə hazırdır


Digərləri 27 Sen 2018 10:29:26 203 0

Səməd Qurbanov: Azərbaycan-Rusiya İşgüzar Şurası RF subyektləri ilə fəal əməkdaşlıq etməyə hazırdır

Azərbaycan-Rusiya İşgüzar Şurası RF subyektləri ilə fəal əməkdaşlıq etməyə hazırdır.

Bakı. Ənvər Məmmədov - Azərbaycan-Rusiya İşgüzar Şurası RF subyektləri ilə fəal əməkdaşlıq etməyə hazırdır. Trend-in məlumatına görə, bunu Şuranın İdarə Heyətinin sədri Səməd Qurbanov Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının genişləndirilmiş iclasında deyib. S.Qurbanov qeyd edib: "Biz böyük məmnuniyyətlə Rusiya Federasiyasının bütün subyektləri ilə əlaqələr qurmağa və Azərbaycanın işgüzar dairələrinin bu regionlara investisiya yatırılmasına marağını stimullaşdırmağa hazırıq". O bildirib ki, son vaxtlarda İşgüzar Şuranın üzvləri tərəfindən və bilavasitə Şuranın köməyi ilə Rusiya subyektlərində bir sıra iri layihələr həyata keçirilib: