Yeni Samsung Galaxy Tab S4 planşetlə daha geniş imkanlar


Digərləri 27 Sen 2018 10:00:00 326 0

Yeni Samsung Galaxy Tab S4  planşetlə daha geniş imkanlar

Bizim yaşayış tərzimiz geniş funksionallığı olan daha yığcam cihazlar tələb edir. Tarixə nəzər salsaq, bizim "ağıllı köməkçilərimizin" bir birinin ardınca daha mobil və çoxfunksiyalı cihazlara çevrilməsinin şahidi ola bilərik. Belə ki, icad edilmiş personal kompüter daha portativ notebook ilə, əslində "danışmaq" üçün yaradılmış telefon isə günümüzdə bir çox funksiyası olan qadjetə çevrilib. Lakin, zaman keçdikcə kompüterlərdən telefonlara keçid daha gözəçarpan və qabarıq formada ifadə olunmağa başlayır, və 1968-ci ildə Alan Key "Dynabook" adlanan planşeti xatırladan cihazı təqdim edir. Beləliklə, təkamül zənciri bərpa olunur, kompüter "personal", smartfon  isə "cib cihazı" olaraq  qalır, onların aralığında isə istənilən məkanda gündəlik tələbatın bir çoxunun ödəməyə qadir olan ideal cihaz icad edilir. 

Yenicə təqdim edilmiş Samsung Galaxy Tab S4 - 10,5" düymlü planşet kompüteridir. Planşetin alüminium haşiyəyə alınmış incə korpusu gücləndirilmiş şüşə ilə örtülmüşdür. Bununla yanaşı korpusun həm ön, həm də arxa panelləri keyfiyyətli oleofob qatı ilə təchiz olunmuşdur. Galaxy Tab S4-də  2560х1600 icazəli Super AMOLED matrisası istifadə edilmişdir. Bu displeydə rənglər dolğun və parlaq, qara rəng isə dərin ifadə olunur. Təqdim edilmiş yeni məhsul xətlərində olduğu kimi, burada da Samsung ənənəvi mexaniki "Home" düyməsindən imtina etmişdir. Həmçinin, cihazda barmaq izi skaneri, yəni daktiloskop əvəzinə, gözün qüzehi qişası skaneri və "face recognition" funksiyasından istifadə olunub. Qeyd edilən mühafizə üsulları planşetin ön kamerası ilə həyata keçirilir. Həmçinin qeyd etmək lazımdır ki, planşet 13MP-lik əsas və 8MP-lik selfi kamerası ilə təchiz olunub.