İstanbulda 3 gündür dəniz reysləri təxirə salınır


Dünya 27 Sen 2018 10:05:00 354 0

İstanbulda 3 gündür dəniz reysləri təxirə salınır

İstanbulda dəniz reysləri artıq üçüncü gündür ki, təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə Təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub. Sinoptiklər əlverişsiz hava şəraitinin bu gün günboyu davam edəcəyini proqnozlaşdırıblar.