Dövlət Turizm Agentliyinin sədri: Turizmdə rəqəmsal texnologiyaların imkanlarından maksimum istifadə ediləcək


Digərləri 27 Sen 2018 10:01:00 274 0

Dövlət Turizm Agentliyinin sədri: Turizmdə rəqəmsal texnologiyaların imkanlarından maksimum istifadə ediləcək

Dövlət Turizm Agentliyi turizmdə müasir rəqəmsal texnologiyaların imkanlarından maksimum istifadə etməyi planlaşdırır.

Bakı. İlhamə İsabalayeva - Dövlət Turizm Agentliyi turizmdə müasir rəqəmsal texnologiyaların imkanlarından maksimum istifadə etməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Ümumdünya Turizm Günü münasibətilə turizm ictimaiyyətinə ünvanlanan təbrikində deyib. Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi əsas faəliyyətini turizmin daha da inkişafı, yeni və fərqli siyasətin formalaşdırılması, ən uğurlu modellərin ölkəmizə məxsus şəkildə tətbiqi, yeni turizm və infrastruktur layihələrinin, turizm məhsullarının hazırlanması, bütövlükdə bu sahəyə daha yenilikçi yanaşma istiqamətlərində qurub: "Bu il Ümumdünya Turizm Günü “turizm və rəqəmsal transformasiya” devizi altında qeyd olunur. Əlbəttə, turizm sahəsində mövcud resurslardan daha səmərəli istifadə olunmasında və dayanıqlı nəticələr əldə olunmasında müasir informasiya texnologiyalarının rolu günbəgün artır. Bunu nəzərə alaraq Dövlət Turizm Agentliyi turizmdə müasir rəqəmsal texnologiyaların imkanlarından maksimum istifadə etməyi planlaşdırır".