İranın cənubunda 4,2 bal gücündə zəlzələ olub


Dünya 27 Sen 2018 08:53:00 286 0

İranın cənubunda 4,2 bal gücündə zəlzələ olub

İranın cənubunda 4,2 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 00:14-də qeydə alınan yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 128 kilometr şərqdə, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.