iPhone və iPadlara yeni virus hücum edir


Digərləri 27 Sen 2018 08:31:00 306 0

iPhone və iPadlara yeni virus hücum edir

"Kasperski laboratoriyası" şirkəti əvvəllər "Android" qurğu istifadəçilərini təhdid edən "Roaming Mantis" virusunun "iOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara hücum etməyə başladığını aşkarlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, məlumata görə, mobil bank troyanı fişinq vasitəsilə istifadəçilərin hesab məlumatlarını oğurlayır. Qurbanlar "iPhone" və ya "iPad" qurğularından səhifəyə daxil olan zaman onlar cinayətkarlar tərəfindən istifadəçi identifikatorunun, parolun, bank kartı nömrəsinin, onun qüvvədə olma müddətinin və CVV kodunun oğurlandığı saxta sayta yönəldilir. Həmçinin zərərli proqram internet mayninqi məqsədilə "iOS" əməliyyat sistemli qurğulara hücumlara başlayıb. Məsələn, onun əsas aləti - "CoinHive" kriptovalyuta mayninqi servisidir. Onun vasitəsilə əvvəllər fərdi kompüterlər troyanlara yoluxdurulub.

Troyan yayılan zaman cinayətkarlar növbə ilə  konkret halda hansı üsulun nə qədər gəlir gətirəcəyindən asılı olaraq fişinq saytından və veb mayninq səhifəsindən istifadə edirlər.