ABŞ və Yaponiya liderləri razılığa gəliblər


Dünya 27 Sen 2018 08:38:00 272 0

ABŞ və Yaponiya liderləri razılığa gəliblər

ABŞ və Yaponiya liderləri Donald Tramp və Şinzo Abe ticarət sazişi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin iki ölkə liderinin danışıqlarının yekunları üzrə yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, danışıqlar hər iki ölkədə bunu üçün lazımi prosedurlar başa çatdıqdan sonra başlayacaq: "ABŞ və Yaponiya lazımi daxili prosedurların yekunlaşmasından sonra iki ölkə arasında ticarət sazişi üzrə danışıqlara başlayacaq".