Venesuela prezidenti BMTdən ona qarşı suiqəsd cəhdinin araşdırılmasını xahiş edib


Dünya 27 Sen 2018 08:11:00 310 0

Venesuela prezidenti BMTdən ona qarşı suiqəsd cəhdinin araşdırılmasını xahiş edib

Venesuela prezidenti Nikolas Maduro BMT-dən avqustda ona qarşı törədilmiş sui-qəsd cəhdinin araşdırılması üçün beynəlxalq çərçivədə, müstəqil təhqiqatın təşkil edilməsini xahiş edib.

Son.az "Report"a istinadən bildirir ki, o, bu təklifi BMT Baş Assambleyasında çıxışında irəli sürüb.

"Baş katibdən sui-qəsdlə bağlı təhqiqatın aparılması üçün xüsusi nümayəndənin təyin edilməsini xahiş edirəm. Venesuela buna açıqdır", - deyə o, Baş Assambleyadakı çıxışında deyib.