Azərbaycanda ilk üzən günəş elektrik stansiyasının tikintisinin yekunlaşacağı TARİX açıqlanıb (ÖZƏL)


Digərləri 27 Sen 2018 08:03:36 251 0

Azərbaycanda ilk üzən günəş elektrik stansiyasının tikintisinin yekunlaşacağı TARİX açıqlanıb (ÖZƏL)

Azərbaycanda ilk üzən günəş elektrik stansiyasının tikintisi üzrə işlərin 2021-ci ilin martınadək başa çatdırılması planlaşdırılır.

Bakı. İlkin Şəfiyev - Azərbaycanda ilk üzən günəş elektrik stansiyasının tikintisi üzrə işlərin 2021-ci ilin martınadək başa çatdırılması planlaşdırılır. Bu barədə Trend-ə Azərbaycan Energetika Nazirliyindən məlumat veriblər. Layihə Böyükşor gölündə üç ədəd 100 kilovatlıq fotovoltaj sisteminin quraşdırılmasını, eləcə də bu sahədə özəl sektorun inkişafının təşviqi məqsədilə biznes modellərinin yaradılmasını nəzərdə tutur.