Ağstafada yanıq xəsarətləri alan kimsəsiz qoca xəstəxanada ölüb


Digərləri 27 Sen 2018 07:42:00 307 0

Ağstafada yanıq xəsarətləri alan kimsəsiz qoca xəstəxanada ölüb

Ağstafa rayonunda 80 yaşlı yerli sakin yanıq xəsarətləri ilə yerləşdirildiyi xəstəxanada ölüb.

Son.az "Report"a istinadən bildirir ki, 1938-ci il təvəllüdlü Sabir Tofiq oğlu İsmayılov 1 ay əvvəl rayonun Qırılı kəndində yaşadığı evdə baş vermiş yanğın zamanı müxtəlif bədən xəsarətləri alıb. Onun hadisədən sonra xəstəxanada tibbi yardım alıb-almadığı haqda məlumat olmasa da, kimsəsiz olan ahıl kişi yaralı halda küçədə yaşayıb.

Son günlər S.İsmayılovun vəziyyəti tam ağırlaşıb və günlərlə köməksiz və ağır vəziyyətdə küçədə qalıb. Dünən isə onun səhhəti daha da ağırlaşıb və təcili tibbi yardıma məlumat verilərək Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin yaralı ağır vəziyyətdə olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.