Məmmədyarov Rumıniyanın baş nazirinin müavini ilə görüşüb FOTO


Siyasət 27 Sen 2018 07:36:00 252 0

Məmmədyarov Rumıniyanın baş nazirinin müavini ilə görüşüb  FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Baş nazirinin Strateji Tərəfdaşlıqların yerinə yetirilməsi məsələləri üzrə müavini Ana Birçal ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində görüşüb.

XİN-dən Son.az-a verilən məlumata görə, tərəflər iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi vurğu etməklə ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparıb.

Görüş zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair 2019-2020-ci illər üzrə Birgə Fəaliyyət Planı imzalanıb.


Xəbərə aid fotolar